AZ

Neftçi Turan Tovuz a qarşı

ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasının 3-cü oyun gününə "Palms Sports Arena"da yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Neftçi" dopma meydanda "Turan Tovuz"la üz-üzə gəlir.

Turun mərkəzi qarşılaşmasına maraq çox böyükdür. Qış fasiləsindən sonra yüksəliş yaşayan meydan sahibləri avrokubok zonasına düşmək üçün çox səy göstərir. "Ağ-qaralar" bu gün qalib gələcəyi təqdirdə turnir cədvəlində 5-ci pilləyə yüksələ bilər. Qonaqlar isə qələbə qazanacağı halda 3-cü pillədə mövqeyini bir qədər də möhkəmləndirəcək.

Qeyd edək ki, hesabat həftəsinə sabah keçiriləcək "Sabah" - "Qəbələ" matçı ilə yekun vurulacaq.

Misli Premyer Liqası

III dövrə, XXIII tur

20:30. "Neftçi" - "Turan Tovuz"  

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan HəmzəzadəVAR: Elçin MəsiyevAVAR: Müslüm ƏliyevHakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Erkin HüseynovBakı. "Palms Sports Arena".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
130
sport24.az

1Mənbələr