AZ

Putinin yeni eşq hekayəsi ortaya çıxdı: 17 yaşlı modellə görüşürmüş

Qərb mediası Rusiya prezidenti Vladimir Putinin sevgi həyatı haqqında məqalələr dərc edir.

Publika.az xəbər verir ki, Britaniyanın " Daily Mail " qəzetinin məlumatına görə, 1983-cü ildən 2013-cü ilə qədər Lyudmila Şkrebneva ilə evli olan və hazırda sabiq gimnast Alina Kabayeva ilə görüşdüyü deyilən Putinin daha bir neçə sevgi hekayəsi olub.

Qəzet iddia edir ki, 58 yaşında Putin 17 yaşlı model qızla əlaqədə olub. İddialara görə, 2010-cu ildə 17 yaşı olan Alisa Xarçeva həmin il oktyabrın 7-də, Putin 58 yaşını qeyd edərkən onunla tanış olub.

Xəbərdə iddia olunur ki, təqvimin aprel ayının gözəllik kraliçası Alisa Xarçeva dəfələrlə Putin üçün Kremlə aparılıb. İddia olunur ki, Putin gənc qadını hər iki həftədən bir öz iqamətgahına çağırıb.

Həmçinin bildirilir ki, Rusiya liderinin 2013-cü ildə birlikdə münasibətdə olduğu təmizlikçi Svetlana Kriqonoviçdən bir qızı var.

Seçilən
88
publika.az

1Mənbələr