AZ

ABŞ-dan İranın yeni ali lideri ilə bağlı ŞOK PLAN

“İranın ali rəhbəri seçilən Əli Xameneinin oğlu Müctəba Xamenei ABŞ-ı qane etmir, buna görə də onu atasının taleyi gözləyir”.

Publika.az xəbər verir ki, bu barədə amerikalı respublikaçı senator Lindsi Qrem "X" sosial şəbəkəsində yazıb.

"Regionun və İran xalqının gələcəyindən söhbət gedəndə, mərhum qaniçən ayətullahın oğlu bizim gözlədiyimiz dəyişiklik deyil. İran xalqı əzab çəkdiyi halda o, cah-cəlal içində yaşayıb və nifrətin qızışdırılmasında ön sıralarda olub, çünki özü də dini nasistdir. Hesab edirəm ki, onun planetin ən şər adamlarından biri olan atasının taleyini yaşaması yalnız zaman məsələsidir", — deyə Qrem qeyd edib.

Senator həmçinin İran xalqını mətanətli olmağa çağırıb və azadlığın yaxın olduğunu vurğulayıb.

Seçilən
96
publika.az

1Mənbələr