AZ

“Qalatasaray”ın “Liverpul” sınağında qalmaqallı hakim: Xil Manzano İstanbula gəlir

UEFA Çempionlar Liqasında həyəcan yenidən qayıdır. Turnirin 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qalatasaray” - “Liverpul” qarşılaşmasının hakimlər briqadası açıqlanıb. İstanbuldakı “RAMS Park” stadionunda baş tutacaq bu nəhəng rəqabəti İspaniya Futbol Federasiyasının təcrübəli referisi Xesus Xil Manzano idarə edəcək.

İdman.Biz xəbər verir ki, martın 10-u, çərşənbə axşamı Bakı vaxtı ilə 21:45 başlayacaq matçda Manzanoya həmvətənləri Anxel Nevado və Quadalupe Porras Ayuso kömək edəcəklər. Dördüncü hakim funksiyasını Xuan Martines Munuera yerinə yetirəcək. VAR otağında isə Gilyermo Kuadra Fernandes və Valentin Qomes əyləşəcəklər.

Xil Manzanonun bu təyinatı onun keçmişdə verdiyi qalmaqallı qərarı yenidən gündəmə gətirib. Belə ki, referi 2024-cü il martın 2-də keçirilən “Valensiya” - “Real” (2:2) matçında böyük narazılığa səbəb olmuşdu. O, 90+9-cu dəqiqədə “kral klubu”nun hücumu davam etdiyi anda final fitini çalmış, fitdən dərhal sonra Cud Bellinqemin vurduğu qolu qeydə almamışdı. Həmin pozisiyadan sonra etiraz edən Bellinqemə qırmızı vərəqə göstərən Manzano, uzun müddət dünya mətbuatının hədəfində qalmışdı.

İdman.Biz
Seçilən
84
3
idman.biz

4Mənbələr