AZ

İranda yeni ali liderə andiçmə mərasimi keçiriləcək

BAKI, 9 mart. TELEQRAF

İranın yeni ali lideri Müctəba Xameneiyə sədaqət andı mərasimi martın 9-da Tehranda keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.

Məlumata görə, mərasim İran paytaxtının mərkəzində yerləşən İnqilab meydanında təşkil olunacaq.

Bildirilib ki, təntənəli tədbirlər yerli vaxtla saat 15:00-da başlayacaq.

Qeyd edək ki, Müctəba Xamenei İranın ali dini lideri olmuş və hücum nəticəsində həyatını itirdiyi bildirilən ayətullah Əli Xameneinin oğludur. Onun Ekspertlər Şurası tərəfindən ölkənin yeni ali lideri seçildiyi açıqlanıb.

Seçilən
124
1
teleqraf.com

1Mənbələr