AZ

Bu qidalar vəziyyəti daha da pisləşdirəcək

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İnternetdə geniş yayılan və insanların ev şəraitində tətbiq etdiyi bəzi üsullar əslində sağlamlığa fayda vermir. Qastroenteroloq Andrey Simakov qəbizliklə mübarizədə geniş istifadə olunan iki populyar metodun təhlükələrindən danışıb.Demokrat.az-ın məlumatına görə bir çox insanın dərman əvəzinə üstünlük verdiyi bal, quru meyvə və çərəz qarışığı problemlərin həllində heç də köməkçi deyil. Həkim bildirir ki, bağırsaqların yükləndiyi bir vaxtda bu qarışığı qəbul etmək köp, gəyirmə və kəskin ağrılara yol açır. Bağırsaqların normal fəaliyyətini bərpa etmək üçün qidalanma rasionuna kök, çuğundur, kivi, ananas və pitahaya kimi fermentləşməyən liflərlə zəngin məhsullar daxil etmək daha məqsədəuyğundur.Sosial şəbəkələrdə geniş təbliğ olunan lif tərkibli qida əlavələri də hər zaman gözlənilən effekti vermir. Həkim vurğulayır ki, dozası düzgün seçilməyən quru psillium bağırsaqlarda sorbent funksiyası daşıyaraq köpü və qəbizliyi daha da ağırlaşdıra bilər. İnulin və fruktooligosaxaridlər olan əlavələr də bəzi hallarda mədə-bağırsaq traktında ciddi diskomfort yaradır.Simakov xatırladır ki, bağırsaqların həftədə üç dəfə boşalması qəbizlik hesab edilmir və bu tip yanlış fikirlər insanları əsassız müalicəyə yönəldir. İstənilən halda həkim nəzarəti olmadan tətbiq edilən hər hansı sxem orqanizm üçün gözlənilməz fəsadlar doğura bilər. Mütəxəssislər hər hansı addım atmadan əvvəl mütləq peşəkar rəyi almağı məsləhət görür.Aytən

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
134
demokrat.az

1Mənbələr