AZ

İsrailin bu bölgəsi OD içində - İranın panika yaşatdığı gecədən ƏN SON GÖRÜNTÜLƏR - VİDEO

İran İsrailə raket zərbələri endirib. İran raketləri İsrailin Nir Tzvi bölgəsinə düşüb.

Musavat.com bildirir ki, zərbə nəticəsində ərazidə güclü yanğınlar baş verib. İnsanlar arasında böyük panika yaşanıb və həmin anlar təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlardan sonra bölgədə gərginlik daha da artıb. ABŞ və İsrail İranın neft obyektlərini hədəfə alıb, İran isə cavab olaraq yalnız İsrailə deyil, ABŞ hərbi bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi region ölkələrində hədəflərə də zərbələr endirir.

İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani bildirib ki, hücumlar başlayandan bəri azı 1332 iranlı mülki şəxs həyatını itirib, minlərlə insan yaralanıb.

Musavat.com

Seçilən
108
musavat.com

1Mənbələr