Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.
Ramazan ayının son on gecəsi içində yer alan Qədr gecəsi İslamda ən müqəddəs və fazilətli gecədir. Qurani-Kərimdə bu gecənin əhəmiyyətinə ayrıca bir surə həsr olunub. Allah belə buyurur:"Doğrusu, biz Qurani-Kərimi Qədr gecəsində nazil etmişik. Qədr gecəsinin nə olduğunu bilirsənmi? O gecə min aydan daha xeyirlidir. Mələklər və Cəbrayıl bu gecədə Rəbbin əmri ilə hər iş üçün endirilirlər. Bu gecə dan yerinə qədər əmin-amanlıq içindədir." (Qədr, 97/1-5)Rəvayətlərdən məlum olur ki, Rəsullullah (s) həzrətləri əshabına Qədr surəsinin nazil olma səbəbini izah etmişdir. Bu gecəyə “Qədr” deyilməsi onun şərəfi və dəyərindən irəli gəlir.Qədr gecəsinin xüsusiyyətləri:
Qurani-Kərim bu gecədə nazil olmuşdur.
Bu gecədə edilən ibadət, min aydan daha xeyirlidir.
Gələcək bir il ərzində baş verəcək hadisələr bu gecə mələklərə bildirilir.
Cəbrayıl və digər mələklər yeryüzünə enir.Qədr gecəsinin dəqiq tarixi məlum olmasa da, ümumiyyətlə Ramazanın son on gecəsi içindəki tək rəqəmli gecələrdə axtarılması tövsiyə olunmuşdur. Ən çox qeyd edilən gecə isə 27-ci gecədir.Allah bəzi hikmətlərlə Qədr gecəsini və digər bəzi işləri gizli tutmuşdur ki, möminlər daim oyaq olsun, diqqətli və davamlı ibadətdə olsunlar. Rasullullah (s) buyurur:
"Kim Qədr gecəsini onun fazilətinə inanaraq, alacağı savabı Allahdan ümid edərək ibadətlə keçirərsə, keçmiş günahları bağışlanar." (Buxari, Qədr, 1)Qədr Gecəsində Nələr Edilə bilər?Nafilə və ya qəza namazı qılmaq
Qurani-Kərim oxumaq
Tövbə və istiğfar etmək
Dua etməkSüfyan-ı Sevrî qeyd edir:"Qədr gecəsi Qurani-Kərimi oxuyub sonra dua etmək daha xeyirlidir"Hz. Aişə validəmiz Rəsullullah (s)dan soruşmuşdur:"Ey Allahın Rəsulu! Qədr gecəsinə rast gələndə necə dua edim?"Rəsullullah (s) buyurmuşdur:"Allahummə inneke afüvvün təhibbul-afve fa’fu annî."Tərcüməsi: "Allahım, Sən çox bağışlayan və bağışlamağı sevən Rəbbsən, məni bağışla."Qədr gecəsində ibadət və dualar xüsusi əhəmiyyət kəsb edir. Bu gecənin bütününü ibadətlə keçirə bilməyənlər ən azından teravihdən sonra bir müddət oturub dua etməlidir. Bu, iman və ruhaniyyəti təravətləndirir.İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.