AZ

“Oyunçular cərimələnəcək, bu, rəhbərliyin tapşırığıdır” – Andrey Demçenko

“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Qarabağ”a 0:6 hesabı ilə məğlub olub.

Msport.az xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Andrey Demçenko mətbuat konfransında oyunu dəyərləndirib:

Hər komanda rəqibin ona verdiyi imkanlar daxilində oynayır. Bu gün futbolçularım “Qarabağ”a istədikləri kimi oynamağa şərait yaratdılar. Planımız rəqibə yaxın oynamaq və yüksək pressinq tətbiq etmək idi. Lakin pressinq  komanda oyunudur. Bir neçə futbolçu bunu etməyəndə sistem pozulur. Qapıçımızın topu götürməli olduğu halda buraxdığı səhv və erkən qol oyunumuza mənfi təsir etdi. Futbol komanda oyunudur. Bu gün bizdə iki qrup var idi: bəziləri oynamaq istəyirdi, bəziləri isə yox. Bu məğlubiyyətə görə həm futbolçular, həm də məşqçilər məsuliyyət daşıyır”.

A.Demçenko azarkeşlərdən üzr istəyərək futbolçuların cərimələnəcəyini də diqqətə çatdırıb:

“Azarkeşlərimiz bugünkü məyusluğa layiq deyildilər, onlardan üzr istəyirəm. Futbolçular “Qarabağ”a qarşı oynamağın asan olmadığını bilir. Belə rəqiblərlə matçdan əvvəl narahatlıq olur, çəkingənlik yaranır və oyun istədiyimiz kimi alınmır. Komandayla birgə səhvləri axtarmalıyıq. Belə nəticədən sonra oyunçular cərimələnəcək. Bu, rəhbərliyin tapşırığıdır”

Seçilən
103
2
msport.az

3Mənbələr