AZ

Türkiyə ordusunun qadın zabitləri Atatürkün xatirəsini yad ediblər

Türkiyənin milli müdafiə naziri Yaşar Gülerin həyat yoldaşı Demet Güler qadın zabitlər, Milli Müdafiə Nazirliyinin mülki heyəti və Milli Müdafiə Universitetinin hərbi akademiyalarının qadın kursantları ilə birlikdə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil edilən mərasimin iştirakçıları Atatürkün məzarının önünə əklil qoyublar.

Bu gün səhər saatlarında Milli Müdafiə Nazirliyi sosial mediada Beynəlxalq Qadınlar Günü ilə əlaqədar olaraq qadınların Vətənin müdafiəsinə verdiyi töhfələri vurğulayan bir paylaşım edib.

Seçilən
88
azerbaijan-news.az

1Mənbələr