AZ

Daha az maaşla Çelsi yə keçə bilər

Qol.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Daha az maaşla "Çelsi"yə keçə bilər

Darvin Nunyes yay transfer pəncərəsində vaxtilə "Liverpul"un formasını geyindiyi İngiltərəyə qayıda bilər.

QOL.az xəbər verir ki, son zamanlar İngiltərə mətbuatı uruqvaylı forvardın adını "Çelsi" ilə hallandırır. Hazırda Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda çıxış edən Nunyesin oradakı vəziyyətindən məyus olduğu və London təmsilçisinin bu fürsətdən yararlanmaq istədiyi bildirilir.

Qeyd edək ki, Premyer Liqaya qayıtmaq üçün 26 yaşlı futbolçu maaşının azaldılmasına razı olmalıdır. "Transfermarket" portalı hazırda onun bazar dəyərini 35 milyon avro məbləğində qiymətləndirir. 

Xatırladaq ki, Nunyes daha əvvəl İngiltərə çempionatında keçirdiyi 95 oyunda 25 qol vurub və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
86
1
qol.az

4Mənbələr