Paytaxtın Babək prospekti və ətraf ərazilərdə sürücülərin üzləşdiyi tıxacların azaldılması üçün yeni layihə icra olunur.
Belə ki, Ağ Şəhər ərazisində yerləşən Xəqani Rüstəmov küçəsindən Nərimanov rayonu istiqamətində yeni yol çəkilir. Yol Ağa Nemətulla küçəsinə qədər uzanacaq.
Layihə 2025-2030-cu illəri əhatə edən dövlət proqramı çərçivəsində həyata keçirilir. Artıq ərazidə ilkin tikinti və hazırlıq işlərinə start verilib.
Layihəyə əsasən, bu istiqaməti birləşdirəcək xüsusi tunel inşa olunacaq.
Xəqani Rüstəmov küçəsində köhnə asfalt qatı qaşınaraq kənara daşınıb. Xeyli sayda texnika və canlı qüvvə əraziyə cəlb edilib. İşlər sürətlə aprılır ki, nəqliyyata bağlı olan yol tez bir zamanda istifadəyə verilsin. Layihənin başa çatmasından sonra Ağ Şəhər, Babək prospekti və "Montin" qəsəbəsi kimi tanınan ərazi istiqamətində hərəkətin daha rahat olacağı gözlənilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.