AZ

Ucar sakinləri çətin vəziyyətdəVİDEO

Evləri, həyətləri, küçəni su basıb...

Xezerxeber.az xəbər verir ki, Ucar rayonunun Alpout kənd sakinlərinin sözlərinə görə, əkin sahəsinin suvarılması zamanı suyun nəzarətsiz qalması bu vəziyyətə səbəb olub. Sakinlər bildirirlər ki, suyun qarşısı vaxtında alınmadığı üçün problem qısa müddətdə daha da böyüyüb.

Məsələ ilə bağlı hadisədə adıçəkilən şəxs Elxan Cəfərov da danışıb. O, bildirib ki, baş verən subasma nəticəsində öz əmlakına da ziyan dəyib. O, iddia edib ki, su suvarma kanalından daşaraq həyətlərə dolub.

Alpout kənd Bələdiyyəsinin sədri Marif İsmayılov "Xəzər Xəbər"ə bildirib ki, sözügedən yaşayış evlərinin yaxınlığından keçən içməli su kanalında yeraltı sızma baş verib. Nəticədə ətrafdakı bəzi həyətləri və evlərin zirzəmilərini su basıb. Onun sözlərinə görə, məsələ artıq nəzarətə götürülüb və problemin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
125
1
xezerxeber.az

2Mənbələr