AZ

Zaur Axundov “Bəhramov”da – ev dustağı olduğu deyilirdi

Hazırda davam edən “Qarabağ” - “Araz-Naxçıvan” oyununda bir məqam gözümdən qaçmadı.

“Football-plus.az” xəbər verir ki, oyunu izləyənlər arasında Naxçıvan Futbol Federasiyasının prezidenti, Naxçıvan klubunun qeyri-rəsmu sahibi Zaur Axundov da var.

HalbukiZaur Axundov ötənayBaş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bakı Hərbi Məhkəməsinin qərarı ilə Zaur Axundov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Hakim təqsirləndirilən şəxsin daimi yaşayış yerinin olması, istintaqdan yayınma ehtimalının real görünməməsi səbəbindən prokurorun təqdimatını təmin edib.

Zaur bəyin “Araz-Naxçıvan” futbol klubunun prezident olan qardaşı Ramin Axundov isə siqaret qaçaqmalçılığı ilə bağlı aparılan cinayət işi üzrə axtarışdadı.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
111
1
football-plus.az

2Mənbələr