Demokrat.az saytına istinadən ain.az xəbər verir.
Uzun illərdir cəmiyyətdə belə fikir dolaşır ki, az miqdarda spirtli içki sağlamlığa ciddi zərər vermir. Lakin son elmi araşdırmalar bu yanaşmanı təkzib edir.Demokrat.az-ın məlumatına görə rusiyalı qastroenteroloq Ekaterina Kaşux bildirib ki, təhlükəsiz spirtli içki dozası mövcud deyil. Onun sözlərinə görə, əvvəllər az miqdarda alkoqolun ürəyə faydalı ola biləcəyi düşünülürdü, lakin müasir tədqiqatlar bunun elmi səhv olduğunu göstərib.Ekaterina Kaşux qeyd edir ki, 1980–1990-cı illərdə aparılan bəzi araşdırmalarda gündə 1–2 porsiya spirtli içki qəbul edən insanlarda ürək xəstəlikləri riskinin daha az olduğu göstərilirdi. Sonradan məlum olub ki, həmin tədqiqatlarda metodoloji səhv var. Çünki spirt içməyənlər qrupuna tez-tez sağlamlıq problemlərinə görə alkoqoldan imtina edən insanlar da daxil edilirdi.Həkimin sözlərinə görə, son illərin məlumatları göstərir ki, hətta az miqdarda spirtli içki də bəzi onkoloji xəstəliklərin riskini artırır. Xüsusilə qaraciyər, süd vəzi, qida borusu və bağırsaq xərçəngi ilə bağlı risk yüksələ bilər. Risk qəbul edilən alkoqolun miqdarı ilə artır, lakin təhlükəsiz hədd müəyyən olunmayıb.Spirtli içkilər ilk növbədə qaraciyərə zərər vurur. Vaxtilə hesab olunurdu ki, qaraciyər sirrozu yalnız ağır alkoqol asılılığı olan insanlarda yaranır. Müasir tədqiqatlar göstərir ki, illərlə davam edən hətta kiçik dozalar da qaraciyərdə piylənmə, iltihab və toxuma çapıqlanmasına gətirib çıxara bilər.Ekspert vurğulayıb ki, alkoqol qida məhsulu deyil, zəhərli maddədir. Etanol qaraciyərdə parçalanarkən asetaldehid adlı maddə əmələ gəlir və bu birləşmə hüceyrələrə zərər verir. Nəticədə orqanizmdə oksidləşdirici stress artır, iltihab prosesləri başlayır.Spirtli içkilər mədə-bağırsaq sisteminə də mənfi təsir göstərir. Onlar mədənin selikli qişasını qıcıqlandırır, qastrit və xora riskini artırır, bağırsaq mikroflorasını pozur. Bu isə zamanla xroniki pankreatit və mədəaltı vəzi xərçəngi riskini yüksəldə bilər.Alkoqol sinir sisteminə də təsirsiz qalmır. Qısa müddətdə insan özünü daha rahat hiss edə bilər, lakin mütəmadi istifadə yuxunun keyfiyyətini və yaddaşı pisləşdirir, narahatlıq və depressiya riskini artırır.Həkim əlavə edib ki, spirtli içkilər qida maddələrinin mənimsənilməsini də pozur. Bu səbəbdən mütəmadi alkoqol qəbul edən insanlarda dərinin rəngi solğunlaşa, saçlar zəifləyə və dırnaqlar kövrəkləşə bilər.Ekspertin sözlərinə görə, ən təhlükəli məqamlardan biri odur ki, hətta kiçik, lakin müntəzəm dozalar belə zamanla asılılıq yarada bilər. Spirtli içkidən imtina etdikdə isə yuxusuzluq, əsəbilik, titrəmə və ağır hallarda psixoz kimi əlamətlər ortaya çıxa bilər.Aytən
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.