İranın keçmiş ali liderinin ailəsinə məxsus olduğu bildirilən Londondakı dəbdəbəli mülkün İsrail diplomatlarını izləmək üçün istifadə oluna biləcəyi iddia edilir. "Bloomberg" nəşri bildirir ki, mülk Müctəba Xameneiyə məxsusdur və İsrail səfirliyinə yaxın ərazidə yerləşir. Araşdırmaya görə, mənzilin yerləşdiyi mövqe səfirliyin bağçasında baş verən söhbətləri qeydə almağa imkan verə biləcək məsafədədir. Bildirilib ki, belə müşahidə üçün pəncərələrin vibrasiyasını izləyən lazer texnologiyası kimi xüsusi avadanlıqlardan istifadə etmək mümkündür. Bildirilir ki, mülkdən İsrail səfirliyinə 50 metrdən az məsafədə birbaşa baxış xətti mövcuddur. Araşdırmada qeyd olunur ki, 56 yaşlı Müctəba Xameneyi bu mülkə 2014-cü ildən sahibdir, lakin mülkiyyət məlumatları yalnız yaxın vaxtlarda üzə çıxıb. İRADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta