AZ

ABŞ senatoru: İranda qızlar məktəbinə zərbə bağışlanmaz səhvdir

BAKI, 8 mart. TELEQRAF

ABŞ senatoru Kris Merfi İranda qızlar üçün məktəbə endirilən zərbənin böyük ehtimalla ABŞ tərəfindən həyata keçirildiyini və bunun bağışlanmaz səhv olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Konnektikut ştatından demokrat senator Kris Merfi CNN telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, İranda Minab şəhərində yerləşən qızlar məktəbinə endirilən zərbə çox güman ki, ABŞ tərəfindən həyata keçirilib və bu, ciddi səhvdir.

“Düşünürəm ki, məktəbə zərbəni böyük ehtimalla ABŞ endirib. Bu, bağışlanmazdır. Müharibənin ilk günündə hədəflərin seçilməsi zamanı belə bir səhvin baş verməsi hərbi rəhbərliyin səriştəsizliyini göstərir”, – deyə senator bildirib.

Merfi əlavə edib ki, onun fikrincə, zərbə təhsil müəssisəsinə qəsdən deyil, səhvən endirilib.

Seçilən
111
50
teleqraf.com

10Mənbələr