Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Zaporojye vilayətinin Vasilyevka şəhəri 8 Mart ərəfəsində ağır hücuma məruz qalıb. Münaqişə zonasından gələn məlumatlara görə, bölgəyə edilən dron hücumları nəticəsində bir nəfər həlak olub, səkkiz sakin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Demokrat.az-ın məlumatına görə regionun qubernatoru Yevgeni Balitskinin öz Teleqram kanalında qeyd edib ki, həlak olan şəxs 1960-cı il təvəllüdlü qadındır. Hadisə yerinə gələn təcili yardım briqadaları onun dünyasını dəyişdiyini təsdiqləyib. Yaralanan digər səkkiz nəfərin vəziyyəti ilə bağlı hələlik ətraflı məlumat verilməyib.Hücum nəticəsində "40 il Qələbə" küçəsində yerləşən çoxmərtəbəli binalara ciddi ziyan dəyib. Hazırda hadisə yerində əməliyyat xidmətləri və ziyanın qiymətləndirilməsi üzrə komissiya fəaliyyət göstərir.Yerli hakimiyyətin məlumatına görə, hücum təyyarə tipli dronlarla həyata keçirilib. Zərbə nəticəsində binalarda yanğın baş verib və xilasedicilər dağıntıları təmizləməyə başlayıblar. Təhlükəsizlik məqsədilə həmin evlərin sakinləri müvəqqəti olaraq təxliyə olunub.Bələdiyyə başçısı Natalya Romançenko bildirib ki, bölgədəki vəziyyət gərgin olaraq qalır. Onun sözlərinə görə, ilkin zərbədən sonra xilasetmə işləri ilə məşğul olan operativ qruplara qarşı təkrar hücum cəhdləri olub.İsmayıl
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.