Misli Premyer Liqasının 23-cü turu çərçivəsində bu gün diğma meydanda "İmişli" ilə qolsuz bərabərə qalan "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, belə danışıb:
"Evdə oynayırdıq, qələbə qazanmaq istəyirdik. Son kubok oyunumuzda üzücü məğlubiyyət almışdıq, psixoloji durum yaxşı deyildi. Yorğunluq və üzgün əhval-ruhiyyədə oynamağımıza baxmayaraq, uşaqlar meydanda bütün qüvvələrini qoydular. Komandamdan razıyam. Kubokda mübarizəni dayandırdığımız üçün avrokubok şansımız qalmır. Buna baxmayaraq, mənim öz iddiam var. Əl-qolumuzu yanımıza salmırıq. Mübarizəmizi davam etdirəcəyik".
Mirağa