AZ

Məşhur aktrisanın villası yandı, özü isə xəstəxanaya yerləşdirildi

Ajans.az İHA agentliyinə istinadən xəbər verir ki, yanğının baş vermə səbəbi bilinmir. Hadisə yerinə dərhal yanğınsöndürən, polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Evi bürüyən qatı tüstünün içindən çətinliklə çıxan Aslıhan Karalar tüstüdən zəhərləndiyi üçün xəstəxanaya aparılıb.

Yanğın nəticəsində villanın çardaq hissəsi istifadəyə yararsız hala düşüb. Aktrisanın həyati təhlükəsinin olmadığı və səhhətinin yaxşı olduğu bildirilir.

Seçilən
84
5
Ajans.az

6Mənbələr