AZ

Səadət Bayramova: “Beynəlxalq əməkdaşlıq Kistoz fibroz xəstələrinin həyat keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır”

5–7 mart 2026-cı il tarixlərində Gürcüstanın Tbilisi şəhərində 13-cü Cənub-Şərqi Avropa Kistoz Fibroz Konfransı (SEEC 2026) keçirilib. QHT.az xəbər verir ki, tədbirdə KİFİYİB – Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyinin rəhbəri Səadət Bayramova spiker qismində iştirak edib.

– Səadət xanım, SEEC 2026 konfransının əsas məqsədi nə idi?

– SEEC konfransı Cənub-Şərqi Avropa regionunda kistoz fibroz sahəsində çalışan mütəxəssisləri, pasiyent təşkilatlarını və beynəlxalq tərəfdaşları bir araya gətirən mühüm platformadır. Konfransın əsas məqsədi kistoz fibroz icmasının gücləndirilməsi, bilik və təcrübə mübadiləsinin artırılması, eləcə də xəstələrə göstərilən xidmətlərin inkişaf etdirilməsidir.Kofransda Azərbaycandan Kifyib nümayəndə heyəti iştirak etmişdir :Səadət Bayramova,Erkin Rəhimov ,Aynur Hümbətova ,uğurlu təqdimatlarla çıxışlarımız oldu ,konfrans iştirakçıları tərəfindən rəgbətlə qarşılandiq  ,digər ölkələrdən olan pasiyent təşkilatları və ayrı ayrı iştirakçılar təcrübəmizlə yaxından maraqlandılar .

– Konfrans hansı beynəlxalq tərəfdaşların dəstəyi ilə təşkil olunmuşdu?

– Tədbir Cystic Fibrosis Europe və European Cystic Fibrosis Society təşkilatlarının dəstəyi ilə, həmçinin Twinning Expansion Project çərçivəsində təşkil olunmuşdu. Bu təşəbbüs yeni və mövcud kistoz fibroz mərkəzləri arasında davamlı tərəfdaşlıqların qurulmasına və regionda yüksək keyfiyyətli, multidissiplinar xidmətlərin inkişafına dəstək verir.

– Konfrans sizin fəaliyyətiniz üçün hansı baxımdan əhəmiyyətli oldu?

– Bu konfrans həm təcrübə mübadiləsi, həm də yeni əməkdaşlıqların qurulması baxımından çox önəmli idi. Region ölkələrinin Kistoz fibroz sahəsində qarşılaşdığı problemlər, müasir müalicə yanaşmaları və pasiyentlərin sosial müdafiəsi məsələləri geniş müzakirə olundu. Bu müzakirələr gələcək fəaliyyətimiz üçün də mühüm istiqamətlər müəyyən edir.

– Konfransın sonunda sizə sertifikat təqdim olunub. Bu barədə nə deyə bilərsiniz?

– SEEC 2026 konfransında aktiv iştirakım və töhfəmə görə mənə rəsmi sertifikat təqdim olundu. Bu sertifikat beynəlxalq platformada kistoz fibroz sahəsində apardığımız fəaliyyətin qiymətləndirilməsi baxımından əhəmiyyətlidir və Azərbaycanda bu istiqamətdə gördüyümüz işlərə əlavə motivasiya verir.

– Gələcək planlarınız nələrdir?

– Məqsədimiz Azərbaycanda Kistoz fibroz xəstələrinin həyat keyfiyyətinin yaxşılaşdırılması, onların müasir müalicə və xidmətlərə çıxış imkanlarının genişləndirilməsidir. Beynəlxalq konfranslarda iştirak etmək bu sahədə yeni bilik və təcrübələrin ölkəmizə gətirilməsi üçün vacib platformadır.

Seçilən
103
qht.az

1Mənbələr