AZ

Şuşaya necə getmək olar?

ain.az bildirir, Azvision portalına istinadən.

Şuşaya ictimai avtobusla getmək üçün “ biletim.az ” portalı və ya mobil tətbiqindən avtobus bileti aldıqda, seçdiyiniz şəhər üzrə avtomatik 5 günlük icazə əldə edirsiniz. Qeyd edək ki, hər gün Bakıdan və Sumqayıtdan Şuşaya, həmçinin, Şuşadan Bakıya, Sumqayıta, Gəncəyə ictimai avtobuslar fəaliyyət göstərir. Fərdi avtomobili ilə gələn Azərbaycan vətəndaşları isə bu üç variantdan birindən istifadə edə bilərlər: 1) yolumuzqarabağa.az saytından qeydiyyatdan keçməklə;

2) “e-polis” mobil tətbiqində “İşğaldan azad olunmuş ərazilərə buraxılış icazəsinin alınması” bölməsini seçib fərdi maşınlarını qeydiyyatdan keçirməklə;

3) Şuşada yerləşən hotel və hotel tipli müəssisələrdə gecələməklə - bu alda giriş icazəsini hotel əldə bilər. Xarici vətəndaşlar isə yolumuzqarabağa.az saytından qeydiyyatdan keçməklə və ya Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin (ŞŞDQİ) Turizm İnformasiya Mərkəzi ilə (+99455 2040604) əlaqə saxlamaqla giriş üçün icazəni 1 gün içində əldə edə bilərlər. AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
75
1
azvision.az

2Mənbələr