SUMQAYIT, 8 mart. TELEQRAF
Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Sülh prospekti ərazisində baş verib.
İlkin məlumata görə, “VAZ 2106” və “BYD” markalı minik avtomobillərinin toqquşması nəticəsində qəza baş verib.
Hadisə nəticəsində xəsarət alanların olduğubildirilir.
Qəza ilə əlaqədar hadisə yerinə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Fakt üzrə araşdırma aparılır.