ain.az bildirir, Demokrat.az portalına istinadən.
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov rəsmi Vaşinqtonu Yaxın Şərqdəki vəziyyətlə bağlı beynəlxalq ictimaiyyətə aydınlıq gətirməyə çağırıb.Demokrat.az xəbər verir ki, diplomatın sözlərinə görə, ABŞ-nin regiondakı hərəkətləri mövcud beynəlxalq normalarla uyğunluq təşkil etmir."Biz çox danışırıq ki, yaşadığımız dünyanın necə bir yer olmasını müəyyənləşdirmək istəyirik. Rusiya bu mövqedən çıxış edir ki, ABŞ öz planlarını açıqlamalı və bu addımların əvvəllər müəyyən edilmiş normalarla necə uzlaşdığını izah etməlidir", — deyə Lavrov vurğulayıb.Xatırladaq ki, bir müddət əvvəl rusiyalı nazir ABŞ və İsrailin Körfəz ölkələrini İrana qarşı müharibəyə cəlb etməyə çalışdığını bildirmişdi. Lavrov qeyd edib ki, Rusiya öz tərəfdaşları ilə birgə İran İslam Respublikasına qarşı mümkün hərbi əməliyyatların qarşısını alacaq bir mühit yaratmaq üçün səylərini davam etdirəcək.İslam
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.