AZ

Türkiyənin tanınmış aktrisasının villası yandı, özü isə xəstəxanaya yerləşdirildi

Türkiyənin tanınmış aktrisası Aslıhan Karaların İstanbulun Beykoz rayonunda yerləşən villasının çardağında yanğın baş verib.

 

Yanğının baş vermə səbəbi bilinmir.

 

Hadisə yerinə dərhal yanğınsöndürən, polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Evi bürüyən qatı tüstünün içindən çətinliklə çıxan Aslıhan Karalar tüstüdən zəhərləndiyi üçün xəstəxanaya aparılıb.

 

Yanğın nəticəsində villanın çardaq hissəsi istifadəyə yararsız hala düşüb. Aktrisanın həyati təhlükəsinin olmadığı və səhhətinin yaxşı olduğu bildirilir./Oxu.az

Tarix: 8 Mart 2026, 16:46   
Seçilən
96
5
pravda.az

6Mənbələr