AZ

3 il qızını axtaran ata acı həqiqəti DNT analizi ilə öyrəndi

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

2023-cü ildə Kahramanmaraşda baş verən zəlzələ zamanı ailəsinin bütün üzvlərini itirən Fatih Karacanın 3 il davam edən ümidli axtarışı uğursuz sonluqla bitib.Demokrat.az xəbər verir ki, Türkiyənin Gaziantep vilayətinin İslahiyə rayonunda yaşayan Karaca ailəsi zəlzələdə dağıntılar altında qalıb. Enerji şirkətində işləyən Fatih Karaca həmin gecə növbədə olduğu üçün sağ qalıb. Dağıntı nəticəsində onun həyat yoldaşı Duyğu Karaca, övladları Mehmet, Sıla, Adilə Nur, 13 yaşlı İrem, həmçinin anası və qayınanası həyatını itirib.Ailənin ən kiçik üzvlərindən biri olan İrem Karacanın cəsədi isə tapılmadığı üçün ata uzun müddət qızının sağ qaldığına ümid edib. Hətta bəzi şəxslər zəlzələdən sonra İremi gördüklərini söyləyərək onun ümidini daha da artırıblar.Fatih Karaca qızına olan həsrətini “Haradasan İrem, çıxıb gəlsənə” misraları ilə başlayan şeirdə də ifadə edib və bu sözlər sosial şəbəkələrdə geniş yayılıb.Lakin İslahiyə Baş Prokurorluğunun yenidən başladığı araşdırma həqiqəti üzə çıxarıb. Kimliyi müəyyən edilməyən cəsədlərlə bağlı aparılan istintaq çərçivəsində 7 məzar açılaraq DNT analizi həyata keçirilib.

Araşdırma nəticəsində məlum olub ki, İrem Karaca zəlzələ zamanı həyatını itirib və baş verən qarışıqlıq səbəbindən anası Duyğu Karacanın kimliyi ilə dəfn edilib.Beləliklə, 3 il qızından xəbər gözləyən acılı ata DNT nəticələri ilə qızının taleyini öyrənmiş olub. (Yeni Musavat)Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
110
3
demokrat.az

4Mənbələr