AZ

BƏƏ ilk dəfə İran ərazisinə zərbə endirdi

İsrail mediasının məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri ilk dəfə İran ərazisinə hərbi zərbə endirib. Bildirilir ki, hücumun hədəfi ölkədə yerləşən duzsuzlaşdırma (su təmizləmə) zavodlarından biri olub.

Bizim.Media xəbər verir ki, hücum İranın region ölkələrinə qarşı həyata keçirdiyi hücumların fonunda baş verib. İsrailin Ynet nəşri yazır ki, bu addım hazırda daha çox Tehrana göndərilən xəbərdarlıq siqnalı kimi qiymətləndirilir.
 

Nəşrin qeyd etdiyinə görə, əgər İranın hücumları daha da güclənərsə, BƏƏ-nin hərbi kampaniyaya qoşulması ehtimalı real görünür. Lakin belə bir iştirakın ilkin mərhələdə məhdud miqyasda ola biləcəyi vurğulanır.


Hazırda hadisə ilə bağlı BƏƏ və İran rəsmilərindən rəsmi açıqlama verilməyib. Regionda gərginliyin artdığı bir vaxtda bu məlumatlar Yaxın Şərqdə münaqişənin daha geniş miqyas ala biləcəyi ehtimallarını gücləndirir.

Bizim.Media

Seçilən
97
1
bizim.media

2Mənbələr