AZ

Neft anbarındaki partlayışdan sonra Tehranda EKOLOJİ FƏLAKƏT

Ajans.az xəbər verir ki, dünən axşam saatlarında Tehranda yerləşən neft anbarlarına hücum edilib. Hücum nəticəsində baş verən yanğın saatlarla davam edib. Hadisədən sonra Tehran səmasında qalın qara tüstü buludları yaranıb.
Məlumata görə, şəhərdə yağan yağışla birlikdə havadan qara rəngli toz və maye hissəciklər düşüb. Bəzi avtomobillərin üzərinin qara rəngə büründüyü bildirilir. Bundan əlavə, havada zaman-zaman yanacaq qoxusunun hiss olunduğu qeyd edilir. Şəhərin bəzi ərazilərində tüstü və dumanın qalxdığı müşahidə olunur.

İranın İran Qızıl Ay Cəmiyyəti vətəndaşlara maska taxmağı tövsiyə edib. Həmçinin mümkün qədər evdən çıxmamaq, bədən yağış suyu ilə təmas edərsə dərhal təmizləmək barədə xəbərdarlıq edilib.

Seçilən
118
9
Ajans.az

10Mənbələr