AZ

Azərbaycan–Türkiyə Qardaşlığı: Tarixin dərinliklərindən gələn ilahi bağ

"Dialoq və İnkişaf Naminə”
İctimai Birliyinin sədri Çingiz Bayramov

Azərbaycan–Türkiyə dostluğu və qardaşlığı tarixin dərinliklərindən doğan ilahi bir sevgidir. Bu müqəddəs bağ yalnız iki dövlətin deyil, eyni kökdən gələn bir millətin qardaşlıq ruhunun təcəssümüdür. Bu sevgiyə qarşı çıxanlar isə Uca Tanrının ədaləti ilə gec-tez tarixin zibilliyinə göndəriləcək.
Təəssüf ki, bəzən Azərbaycanda və Türkiyədə milli ideologiyamızdan xəbərsiz olan bəzi şəxslər Azərbaycan–Türkiyə münasibətləri barədə siyasi şərhlər verir, çıxışlar edirlər. Vaxtilə türkçülük və turançılıq məfkurəsinə qarşı olanların bu gün bu mövzuda “dərs keçməyə” çalışması isə düşündürücüdür. Belələrinin fikirləri və düşüncələri gündəlik siyasət çərçivəsindən kənara çıxa bilmir, bir neçə gündən və ya bir həftədən sonra artıq gündəmdən düşür. Bir sözlə, bunlar yalnız gündəlik siyasətə hesablanmış mövqelərdir və sabah unudulacaq. Bu cür fürsətçilər isə cəmiyyətdə yalnız narazılıq və qarışıqlıq yaratmaq istəyirlər. Səpmək istədikləri nifaq toxumu isə qursaqlarında qalacaq və uca millətimizin sərt reaksiyası ilə qarşılaşacaqlar.
Əzizlərim, biz isə sizlərdən çox fərqliyik. Biz Uca Türk millətinin mənafeyini düşünən və bu yolda Uca Tanrının bizə verdiyi missiyanı dərk edən insanlarıq. Çox yazmaq istəmirəm, çünki bu gün uzun yazıları oxuyanların sayı azdır.
Sonda isə demək istəyirəm ki, çox yaxın zamanda Azərbaycan Respublikası qardaş Türkiyənin dəstəyi ilə Güney Azərbaycandakı qardaş və bacılarımızın azadlıq mübarizəsində əlindən gələni edəcək.
Uca Tanrı Uca Millətimizi qorusun!

Seçilən
99
1
turkustan.az

2Mənbələr