ain.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.
"Apple Music" platforması süni intellekt (AI) vasitəsilə yaradılmış kontentin işarələnməsi üçün yeni sistem tətbiq etməyə başlayıb.
Axşam.az xəbər verir ki, bu barədə NME nəşri məlumat yayıb. Qərar süni intellektlə yaradılan kontentin sürətlə artması fonunda qəbul edilib.
Yeniliyə əsasən, musiqi distribyutorları mahnıların, sözlərin, kliplərin və ya albom üzlüklərinin hazırlanmasında süni intellektdən istifadə olunub-olunmadığını qeyd etməli olacaqlar.
Şirkəti bildirir ki, bu addım bütün musiqi sənayesi üçün ədalətli qaydaların formalaşdırılması və şəffaflığın təmin olunması istiqamətində ilk addımdır.
Qeyd edək ki, keçən il aparılmış araşdırmaya görə, insanların 97 faizi real və AI tərəfindən yaradılmış musiqini bir-birindən ayıra bilmir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.