AZ

Qvardiola diskvalifikasiya edildi

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Kubokunun 1/8 finalında "Nyukasl Yunayted"lə səfər oyununda (1:3) mövsümdə altıncı sarı vərəqəsini aldıqdan sonra iki oyunluq diskvalifikasiya edilib.

Moderator.az bu barədə championat.com-a istinadən xəbər verir.

Jurnalist Saymon Baykovski qeyd edir ki, bu diskvalifikasiya "şəhərlilər"in martın 22-də "Arsenal"la qarşılaşacağı İngiltərə Liqa Kubokunun finalına şamil edilmir.

İspaniyalı məşqçi İngiltərə çempionatının 30-cu turunda "Vest Hem"lə oyunu (14 mart) və İngiltərə Kubokunun dörddəbir finalını buraxacaq.

Seçilən
69
6
moderator.az

7Mənbələr