AZ

“Elə təəssürat yaranır ki, III Dünya Müharibəsi yaxınlaşır” – “Neftçi”nin baş məşqçisi

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Ukrayna mətbuatına açıqlamasında Naxçıvana olan dron hücumlarından danışıb.

Msport.az xəbər verir ki, təcrübəli mütəxəssis Sport.ua saytına açıqlama verib:

“İranın hücumu barədə mənə nə məlumdur? Bilirəm ki, İran sərhəddindən elə də uzaqda olmayan Naxçıvan şəhərinə hücum olub. Bildiyim qədər aeroporta iki dron düşüb. Xoşbəxtlikdən insan tələfatı qeydə alınmayıb. Yalnız ətrafdakı binalara ziyan dəyib.

Azərbaycan hakimiyyəti o dəqiqə nota verərək öz etrizanı bildirdi. Dünyada dəhşərli hadisələr baş verir: Yaxın Şərqin Dubay, Əbu-Dabi kimi böyük şəhərlərinə zərbələn endirilir. Elə təəssürat yaranır ki, III Dünya müharibəsi yaxınlaşır.

Təhlükəsizlik tədbirlərinə gəlincə, əlbəttə, müvafiq addımlar atılıb. Hərçənd hər-hansı detalları bilmirəm, səhərdən axşama kimi klubun bazasında oluram. Bütün günü futbolla bağlı işlərlə məşğul oluram. Onu deyə ilərəm ki, Bakıda indi sakitlikdir”.

Seçilən
57
msport.az

1Mənbələr