Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə Amerikaya yollanıb.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu yaxın zamanda yeni klubunun düşərgəsinə qatılacaq. O, bir müddətdir ABŞ-yə getmək üçün sənəd işləri ilə məşğul idi.
Nəhayət, bütün məsələlər həllini tapıb və futbolçu Amerikaya yola düşüb.
Xatırladaq ki, Axundzadə MLS təmsilçisi “Kolumbus Kru” ilə müqavilə bağlayıb.