AZ

Qvardiola 2 oyunluq cəzalandı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola 2 oyunluq diskvalifikasiya olunub.

Msport.az xəbər verir ki, ispaniyalı mütəxəssis İngiltərə kubokunun 1\8 final mərhələsində “Nyukasl”la oyunda (1:3) sarı vərəqə alıb. Bu, onun cari mövsümdə 6-cı sarı vərəqəsi olub.

Qvardiola İngiltərə Premyer Liqasının 30-cu turunun “Vest Hem”lə görüşünü (14 mart) və İngiltərə kubokunun 1\4 final mərhələsinin oyununu buraxacaq.

O, martın 22-də keçiriləcək Liqa kubokunun “Arsenal”la final matçında iş başında olacaq.

Seçilən
56
msport.az

1Mənbələr