İran prezidenti Məsud Pezeşkian bu gün bir daha qonşu ölkələrə müraciət edib.
"Yeni Sabah" xəbər verir ki, o, videomüraciətində bildirib:
"Biz qonşu ölkələrimizlə qardaşıq, amma İrana qarşı hər hansı bir hücuma cavab veriləcək".
Pezeşkian qeyd edib ki, Tehran qonşu dövlətlərlə dostluq və qardaşlıq münasibətləri qurmağa çalışır. Lakin o, ərazisinin İrana qarşı təcavüz üçün istifadəsinə icazə verən hər hansı bir ölkənin cavab tədbirləri ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.
"İran heç vaxt zülmə boyun əyməyib və boyun əyməyəcək", - deyə o əlavə edib.
Bir müddət əvvəl İran prezidenti xalqa müraciətində bildirib ki, Müvəqqəti Rəhbərlik Şurası qonşu ölkələrə hücum etməsələr və ya raket atışları olmayacağını bəyan edib.
Pezeşkian həmçinin qonşu ölkələrdən üzr istəyib: "Başqa ölkələrə hücum etmək niyyətimiz yoxdur".
Telegram kanalımız