"Real Madrid"in sol cinah müdafiəçisi Alvaro Karreras Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Mançester Siti" ilə ilk oyununu buraxa bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Tribalfootball" yayıb.
Mənbənin məlumatına görə, 22 yaşlı futbolçu şənbə günü idman zalında çalışıb və fizioterapiya alıb. Həkimlər onu "Siti"yə qarşı matçda iştirakına çalışırlar.
Baş məşqçi Alvaro Arbeloanın komandası artıq "şəhərlilər"lə ilk oyunda Kilian Mbappe və Cud Bellingemin xidmətindən məhrumdur. Ümumiyyətlə, "Real Madrid"in hazırda məşqlərdəncəmi 17 əsas oyunçusu iştirak edir, qalanları bu və yandigər səbəbindən heyətdən kənarda qalıb.
Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları 10-11 mart və 17-18 mart tarixlərində keçiriləcək.