Müxtəlif ölkələrin rəhbərləri və rəsmiləri, həmçinin beynəlxalq təsisatlar Azərbaycan ərazisinin İran tərəfindən dron hücumuna məruz qalmasını pisləyən bəyanatlar yayıb, müxtəlif səviyyələrdə ölkəmizə dəstək və həmrəylik nümayiş etdiriblər.
Publika.az xəbər verir k, AZƏRTAC məsələ ilə bağlı Azərbaycanı dəstəkləyən və onunla həmrəylik göstərən ölkələrin və təşkilatları və onların reaksiyasını təqdim edib.
Albaniya

Albaniya Prezidenti Bayram Beqay Prezident İlham Əliyevlə telefon danışığı zamanı İranın pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumunu qınadığını bildirib.