Ərdoğan Kərəm Aktürkoğlunun sözünü yerə salmadı Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. İstanbul müftisinin müavini olan Aktürkoğlunun karyerasını bundan sonra da əvvəlki vəzifəsində davam etdirəcəyi məlum olub. "Sözcü" qəzeti hadisənin təfərrüatını açıqlayıb. KİV-in yazdığına görə, Ahmet Aktürkoğlu qərarın dəyişməsi üçün futbol üzrə Türkiyə yığma komandasının və "Fənərbağça"nın üzvü olan qardaşı oğlu Kərəm Aktürkoğludan yardım istəyib. Kərəmin xahişindən sonra prezident Ərdoğan Ahmet Aktürkoğlunun Bilecik müftisi təyin edilməsi ilə bağlı yanvarın 30-da imzaladığı sərəncamı martın 7-də ləğv edib. Sərəncamın ləğv edilməsinə səbəb kimi Ahmet Aktürkoğlunun ailə vəziyyəti göstərilib. Bu xəbər sosial şəbəkələrin Türkiyə seqmentində müzakirələrə səbəb olub.