AZ

İranın zərbələri Amerikaya neçəyə BAŞA GƏLİR?

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Amerikanın “Foreign Policy” (FP) jurnalının analitikləri İranın zərbələrindən dəyən ziyanı hesablayıblar. 

“Cebheinfo.az” xəbər veirr ki, hesablama nəşrin veb saytında dərc olunub.

Mütəxəssislərin fikrincə, Raytheon-un AN/FPS-132 radarının bərpası beş ildən səkkiz ilə qədər vaxt aparacaq. Yeni versiya 1,1 milyard dollara başa gələcək.

Bu arada, AN/TPS-59-un dəyişdirilməsi ən azı 12-24 ay çəkəcək və 50-75 milyon dollara başa gələcək. Jurnalistlər qeyd ediblər ki, bu cihazlar üçün komponentlərin istehsalının vaxtı və dəyəri Çinin qlobal bazara tədarük etdiyi qalliumdan asılıdır.

Analitiklər, həmçinin qeyd ediblər ki, Yaxın Şərqdə silah istifadəsinin sürəti ABŞ ehtiyatları ilə bağlı problemi ortaya çıxarıb. 

Məlum olub ki, Amerika tərəfi 36 saat ərzində 3000-dən çox sursat və tutucu qurğu istifadə edib.

Daha əvvəl ABŞ İrana qarşı ən böyük bombardman kampaniyasını elan etmişdi.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
1
cebheinfo.az

2Mənbələr