AZ

İrana xüsusi təyinatlı qüvvələrin yeridilməsi müzakirə olundu

ABŞ və İsrail rəsmiləri İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirmək məqsədilə xüsusi təyinatlı qüvvələrin yerləşdirilməsi imkanlarını müzakirə ediblər.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-nin nüfuzlu "Axios" nəşri məsələdən xəbərdar olan dörd mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Trampın müharibədəki əsas hədəflərindən biri İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Bu məqsədə çatmaq üçün ölkədəki 450 kq (992 funt) ağırlığında olan 60 faiz zənginləşdirilmiş uran ehtiyatının müsadirə edilməsi əsas şərt kimi nəzərdən keçirilir.

"Axios" qeyd edir ki, bu missiya böyük ehtimalla müharibənin "sonrakı mərhələsində" reallaşa bilər. Bunun üçün ABŞ və İsrail əvvəlcə İran ordusunun artıq ciddi müdafiə qabiliyyətinə malik olmadığını dəqiqləşdirməlidir.

Seçilən
13
publika.az

1Mənbələr