AZ

Nadir Qafarzadə ikinci Nadir Qafarzadə ilə – Müğənni ikinci dəfə baba oldu

Müğənni Nadir Qafarzadə ailəsində sevindirici hadisə baş verib. Sənətçinin ikinci nəvəsi dünyaya gəlib.

Musavat.com bildirir ki, müğənninin oğlu Əziz Qafarzadə ata olub. Körpəyə isə babasının adı verilib, ona Nadir adı qoyulub.

Sənətçi sosial şəbəkədə nəvəsi ilə birlikdə çəkilən video görüntüləri paylaşaraq sevincini izləyiciləri ilə bölüşüb. O, paylaşımında nəvəsinə xeyir-dua verərək bildirib:

“İkinci nəvəm Nadir Qafarzadə Əziz oğlu. Arzu edirəm ki, nəvəm də babası kimi xeyirxah, yaxşı vətəndaş olsun. Dünyamız salamat, ölkəmiz əmin-amanlıq olsun. Xalqımız, dövlətimiz salamat olsun. Torpaqlarımıza minalar düşməsin, güllələr gəlməsin".

Xalidə Gəray
Musavat.com

Seçilən
17
musavat.com

1Mənbələr