AZ

Vitamin çatışmazlığı ilə mübarizədə ən yaxşı beş məhsul

Soyuqdəymə və qrip mövsümü milyonlarla insanın həyat keyfiyyətinə təsir göstərir.

"Ölkə.az" xəbər verir ki, rusiyalı diyetoloq-qastroenteroloq Nuriya Dianova Gazeta.ru-ya pəhriz əlavələrinə müraciət etmədən qida vasitəsilə immunitet sisteminin dəstəklənməsindən danışıb.

Onun sözlərinə görə vitamin çatışmazlığı ilə mübarizədə ilk məhsul kələm turşusudur:

"Bu məhsul sağlam mikrobiomu dəstəkləyən probiotiklər və prebiotiklərlə, həmçinin həzmi yaxşılaşdıran və immunitet sistemini gücləndirən C vitamini, liflə zəngindir. Fermentasiya prosesi zamanı əlavə vitaminlər üçün dondurulmuş giləmeyvələr də əlavə edə bilərsiniz. Turşu kələmindən müxtəlif şorbalar və ya salatlar hazırlamaq üçün istifadə etmək olar. Qida rasionuna qırmızı bolqar bibəri, təzə göyərti və ya qırmızı soğan da əlavə oluna bilər. Əsas məsələ salata bir xörək qaşığı təmiz bitki yağı əlavə etməkdir. Qırmızı palma yağı immuniteti artırmaq üçün idealdır. Tərkibində yüksək miqdarda karotinoid, E vitamini və digər antioksidantlar var. Cinsinizdən və çəkinizdən asılı olaraq həftədə iki dəfə 150-200 qram turş kələm yeyin", - deyə ekspert izah edib.

İkincisi, treska/mintay qaraciyəridir. Həkimin sözlərinə görə balıq qaraciyəri ürək və beyin sağlamlığı üçün vacib olan A, D və E vitaminlərinin, eləcə də Omeqa-3 yağ turşularının əla mənbəyidir. Bu qida, yağda həll olan vitaminlərin tək bir məhsulda konsentrasiyasıdır. Mintay qaraciyəri isə treska qaraciyərindən az tanınsa da, özündə daha çox protein və daha az yağ ehtiva edir. Həkim məsləhət görür ki, balığı 30-50 qram həcmində səhər yeməyinə həftədə ən azı bir dəfə tam taxıl proteinli çörək, leço və ya digər tərəvəzlərlə qəbul edin.

Üçüncü məhsul qoz-fındıq və toxumlar. Nuriya Dianova bildirir ki, qoz-fındıq və toxumlar zülallar və yağlar, E və B vitaminləri, maqnezium və sink kimi mineralların mənbəyidir. Həkim gün ərzində 20-25 q qoz-fındıq yeməyi məsləhət görür.

Dördüncüsü, dondurulmuş giləmeyvələr və banandır. Giləmeyvələr antioksidantlar və vitaminlərlə zəngindir. Onun sözlərinə görə, giləmeyvələrdən çox vaxt kompot hazırlanır və ona şəkər əlavə edilir. Bu da bu içki evdə hazırlansa belə onun faydasını azaldır.

"Banan yeyərkən qanda qlükozanın daha az qalxması üçün onu 30 qram turş giləmeyvə və 20-25 qram qoz-fındıqla birlikdə qəbul edə bilərsiniz", - deyə həkim qeyd edib.

Vitamin çatışmazlığı ilə mübarizədə ən yaxşı məhsullardan beşincisi isə təzə göyərtidir.

Həkimin sözlərinə görə, cəfəri, şüyüd və yaşıl soğan A, C və K vitaminləri, fol turşusu ilə zəngindir. Onların tərkibində eyni zamanda çoxlu lif və antioksidant var ki, bu da ümumi sağlamlığa müsbət təsir göstərir və xroniki xəstəliklərin yaranma riskini azaldır.(oxu.az)

Seçilən
83
3
olke.az

4Mənbələr