AZ

Müharibənin 8 ci günü: Gecədən səhərə savaş...

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yaxın Şərqdəki müharibə səkkizinci gününə qədəm qoyub. Müharibə həm regionu, həm də dünyanı gərgin vəziyyətdə saxlayır və digər bölgələrin sakinləri üçün ciddi iqtisadi nəticələrə gətirib çıxarır.

“Cebheinfo.az” martın 8-i səhərə olan Yaxın Şərqdəki əsas hadisələri təqdim edir.

• İran Silahlı Qüvvələri Azərbaycandan “İsrail qoşunlarını öz ərazisindən çıxarmağı”a dair absurd tələb irəli sürüb. Bu barədə İslam Respublikası Silahlı Qüvvələrinin Mərkəzi Qərargahının sözçüsü Xatəm əl-Ənbiya məlumat verib.

İran dövlət televiziyası onun sözlərini sitat gətirib: "Biz qonşu Azərbaycana müsəlman ölkəsi olaraq bəyan edirik ki, regionda qeyri-sabitliyin yayılmasının qarşısını almaq üçün sionistləri öz ərazisindən çıxarmaq və öz xalqının və İranın təhlükəsizliyini təhlükəyə atmamaq lazımdır".

• İranın Azərbaycanla heç bir problemi yoxdur, amma "oradan bir şey gələrsə", Tehran cavab tədbirləri görəcək”, deyə İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib. İran Milli Təhlükəsizlik Şurasının rəhbəri, həmçinin bir neçə amerikalı hərbçinin əsir götürüldüyünü bildirib.

• ABŞ Prezidenti Donald Tramp İranın cənubundakı qızlar ibtidai məktəbinə edilən hücuma görə Tehranın özünün məsuliyyət daşıya biləcəyinə inandığını bildirib. Son məlumatlara görə, Minabdakı məktəbə edilən hücumlarda 165 nəfər həlak olub - əksəriyyəti şagirdlər, eləcə də valideynlər və müəllimlər. Daha 95 nəfər yaralanıb. ABŞ Prezidenti bildirib ki, hazırkı müharibənin bitməsindən sonra İranın xəritəsi çox güman ki, fərqli görünəcək.

• Donald Tramp daha bir vacib açıqlama verib. O, kürdlərin İranla müharibədə iştirakına qarşı olduğunu bildirib, çünki Vaşinqton münaqişənin "daha da mürəkkəbləşməsini" istəmir.

 • İsrail İrana qarşı "Aslanın nəriltisi" əməliyyatının növbəti mərhələsinə başlayıb. İsrail Müdafiə Qüvvələri İrandakı fabrik və zavodlara zərbələr endirir.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
124
1
cebheinfo.az

2Mənbələr