AZ

Azərbaycan Premyer Liqası: “Qarabağ” “Araz-Naxçıvan”ı qəbul edəcək

Bu gün futbol üzrə Misli Premyer Liqasının 23-cü turu çərçivəsində keçiriləcək ikinci oyunda "Qarabağ" "Araz-Naxçıvan"la qarşılaşacaq.

İdman.Biz xəbər verir ki, oyun Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Matç saat 19:15-də başlayacaq. “Qarabağ” 46 xalla turnir cədvəlində ikinci, "Araz-Naxçıvan" isə 33 xalla beşinci pillədədir.

Misli Premyer Liqası
İkinci dövrə, 23-cü tur
8 mart (bazar)
19:15. “Qarabağ” - “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kərim Zeynalov, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Tofiq Bəhramov adına Respublika Stadionu.

İdman.Biz
Seçilən
14
idman.biz

1Mənbələr