AZ

Çarlz Oliveyra BMF kəməri uğrunda döyüşdə Maks Hollueyə qalib gəlib

Maks Holluey və Çarlz Oliveyra arasındakı qarşılaşma Las-Veqasın “T-Mobile” arenasındakı “UFC 326” turnirinin əsas hadisəsi olub. Beş raund davam edən döyüş Oliveyranın hakimlərin yekdil qərarı ilə (50:45, 50:45, 50:45) qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, bu qələbə ilə Oliveyra BMF titulunun sahibi olub. Hazırda braziliyalının hesabında 37 qələbə və 11 məğlubiyyət var, bir döyüşü isə nəticəsiz qalıb. Hollueyin aktivində isə MMA-da 27 qələbə və doqquz məğlubiyyət mövcuddur.

Rəqiblər daha əvvəl 2015-ci ilin avqustunda üz-üzə gəlmişdilər. Həmin vaxt Holluey birinci raundda texniki nokautla qalib gəlmişdi – braziliyalı qida borusu zədəsi səbəbindən döyüşü davam etdirə bilməmişdi.

İdman.Biz
Seçilən
12
1
idman.biz

2Mənbələr