sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.
Misli Premyer Liqasının 23-cü turunun ikinci oyun gününə "Tofiq Bəhrəmov"da yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Qarabağ" azarkeşləri qarşısında "Araz-Naxçıvan"ı qonaq edir.
Rəqibləri ilə müqayisədə bir oyun az keçirən Ağdam təmsilçisi hazırda 46 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb və çempionluq uğrunda mübarizə aparır. Naxçıvanlılar isə 33 xalla 5-cidir və avrokuboklara vəsiqə qazanmaq istəyir.
Qeyd edək ki, turun digər matçları sabah və çərşənbə axşamı keçiriləcək.
Misli Premyer Liqası
III dövrə, XXIII tur
19:15. "Qarabağ" - "Araz-Naxçıvan"
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kərim Zeynalov, Kamranbəy RəhimovVAR: Rauf CabarovAVAR: Kamran BayramovHakim-inspektor: İmanxan SultaniAFFA nümayəndəsi: Seymur SəlimliBakı. Tofiq Bəhramov adına Respublika Stadionu.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.