AZ

UFC Ağ Evdəki turnirin əsas döyüşünü açıqlayıb

UFC iyunun 14-də Ağ Evdə keçiriləcək turnirin əsas döyüşünü rəsmən elan edib.

İdman.Biz xəbər verir ki, yüngül çəki dərəcəsində çempionluq kəməri uğrunda amerikalı Castin Qetji və İspaniya-Gürcüstan təmsilçisi İliya Topuriya mübarizə aparacaqlar. Bu barədə promouşen rəhbəri Dana Uayt “UFC 326” turniri zamanı məlumat verib.

Əvvəllər Topuriya ailə vəziyyəti ilə əlaqədar yüngül çəkidəki titulundan imtina etmişdi. Vakant qalan kəmər uğrunda Castin Qetji və Peddi Pimblett üz-üzə gəlib və amerikalı döyüşçü hakimlərin yekdil qərarı ilə qalib gəlib.

2025-ci ilin iyununda baş tutan son döyüşündə Topuriya braziliyalı Çarlz Oliveyranı nokaut edib. İspaniya-Gürcüstan döyüşçüsü hələ də məğlubedilməzliyini qoruyur və 17 qələbəlik rekorda sahibdir.

İdman.Biz
Seçilən
19
1
idman.biz

3Mənbələr