AZ

Braziliya prezidenti ABŞ-a səfərini təxirə saldı

Braziliya prezidenti Luis İnasio Lula da Silvanın mart ayında Vaşinqtona planlaşdırılan səfəri Yaxın Şərqdəki gərginlik səbəbindən təxirə salınıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Cənubi Amerika respublikasının Kənd Təsərrüfatı və Heyvandarlıq naziri Karlos Favaro açıqlayıb: "Prezident mart ayının ikinci yarısında baş tutması planlaşdırılan bu səfərdə məndən onu müşayiət etməyimi istədi. Səfər Yaxın Şərqdəki müharibə səbəbindən təxirə salınıb”.

Brasil 247 portalının yazdığına görə, Lula da Silva ABŞ prezidenti Donald Trampla danışıqlar aparmaq üçün mart ayının sonunda ABŞ-a səfər etməyi planlaşdırırdı. Liderlərin Braziliya məhsullarına mövcud tariflərin yenidən nəzərdən keçirilməsi imkanı da daxil olmaqla, ikitərəfli ticarət məsələlərini müzakirə etmələri gözlənilirdi. Brasil 247 qeyd edib ki, səfər üçün yeni tarix hələ müəyyən edilməyib və münaqişə zonasında gərginliyin azaldılmasından asılı olacaq.

 

Musavat.com

Seçilən
98
2
musavat.com

3Mənbələr