ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
Bu gün Misli Premyer Liqasının 23-cü turu çərçivəsində daha iki oyun keçiriləcək. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşması bölgədə baş tutacaq.
Şamaxıda turnir cədvəlində qonşu olan komandalar üz-üzə gələcək. Bölgənin eyniadlı təmsilçisi "İmişli"ni qonaq edir. Hazırda aktivində 26 xal olan meydan sahibləri turnir cədvəlinin 8-ci, qonaqlar isə 21 xalla 9-cudur.
Qeyd edək ki, oyunun start fiti saat 15:00-da səslənəcək.
Misli Premyer Liqası
III dövrə, XXIII tur
15:00. "Şamaxı" - "İmişli"
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Tərlan Talıbzadə, Emin ƏliyevVAR: Tural QurbanovAVAR: Asiman ƏzizliHakim-inspektor: Ceyhun Haşımov AFFA nümayəndəsi: Elçin MehtiyevŞamaxı. Şəhər stadionu.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.