Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqını (Aİ) Kiyevə ayrılacaq kredit və Rusiyaya qarşı yeni sanksiyalar məsələsində irəliləyişin olmamasına görə kəskin tənqid edib.
Publika.az xəbər verir ki, bu barədə o, öz "Telegram" kanalında bildirib.
"Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiyalar paketi ilə bağlı hələ də heç bir irəliləyiş yoxdur. Avropa bunun bizim üçün həyati əhəmiyyət kəsb etdiyini etiraf etsə də, Ukraynaya veriləcək 90 milyard avroluq yardım paketi ilə bağlı heç bir hərəkətlilik yoxdur", — deyə o qeyd edib.
Zelenski hər iki təşəbbüsün bloklanmasının hələ də davam etməsindən şikayətlənib. Hər iki paketi Macarıstan bloklayır.